Telefona ziyan vuran vərdişlər | Telefonun ömrünü nələr qısaldır?

 

Telefonun ömrü onun marka və modeli qədər, həm də sizin istifadə şəklinizdən asılıdır. Doğru istifadə edildiyi təqdirdə bir telefondan ən az 4-5 il istifadə etmək mümkündür.  Yanlış istifadə şəkli isə smartfonların ömrünü azalmasına səbəb olur ki, bu halda onlar 1 il ancaq normal vəziyyətdə qalır.
Bəs gəlin öyrənək görək, telefonun ömrünü nələr qısaldır?

Telefona ziyan vuran vərdişlər | Telefonun ömrünü nələr qısaldır?

1- Qoşulu halda telefondan istifadə etmək

Ən çox zərər verən vərdişlərdən biri də məhz uzun müddət qoşulu halda telefondan istifadə etməkdir. Bu ən çox da telefon batareyasına zərər verir və onun ömrünü qısaldır.
Əgər telefonunuzda batareya tez tükənirsə bunları edə bilərsiz:
• Enerjiyə qənaət modunu açmaq
• Arxa fondakı tətbiqləri təmizləmək
• Ekran parlaqlığını azaltmaq
• Telefonu uçuş rejiminə salmaq
• Batareyanı dəyişmək


2- Arxa fonda lazım olmayan tətbiqlərin işlək qalması

Bir çoxları tətbiqlərdən istifadə edərkən onları tam bağlamır və bu tətbiqlər arxa fonda işləməyə davam edir. Bu da telefonun “RAM”ının gərəksiz yüklənməsinə və batareyanın tez tükənməsinə səbəb olur. Xüsusilə 3GB, 4GB “RAM”a və aşağı gücdə batareyaya sahib telefonlarda bu hal daha çox yaşanır.
Ən son tətbiqlər düyməsinə basaraq istifadə edilməyən proqramları bağlayın. Bununla da “RAM”a və enerjiyə qənaət etmiş olacaqsız.


3- Aşağı keyfiyyətli adaptordan istifadə:

Smartfonlara ən çox zərər verən vərdişlərdən biri də saxta adapterlardan istifadə etməkdir. Bu adaptorlar ucuz olsa belə, sonradan sizi əlavə xərcə sala bilər. Çünki, bəzən ucuzların vurduğu ziyan daha baha olur. Bunun üçün də yaxşı olar ki, orjinal adaptor markalarını alasız.
Əgər adapter orjinaldırsa başqa model olsa belə telefonunuzu rahatlıqla enerji ilə təmin edə bilərsiniz.


4- Telefonu kabrosuz istifadə etmək:

Telefon kabrosuz yaxşı görünə və daha yüngül ola bilər.Amma o yerə düşərsə təkcə şüşəsi deyil, daxili aparatları da zədələnə bilər.
Antiudarlar ekran üçün necə önəmlidirsə, kabrolar da telefonun arxası üçün bir o qədər vacibdir.


3- Batareyanı tez-tez sıfırlamaq:

Smartfonların batareyaları zamanla xarab olur. Bu o deməkdir ki, bir neçə ildən sonra telefonunuzun batareya sağlamlığı onu aldığınız günki qədər sağlam olmayacaq. Xüsusilə telefonunuz iPhone-dursa, telefonunuz batareyanın sağlamlığına görə yavaşlamağa başlayacaq. Bu prosesi yavaşlatmaq üçün müəyyən zərərli vərdişlərdən imtina edə bilərsiniz.

Bunlardan biri də telefonunuzun daim boşaldılmasıdır.
Həftədə bir dəfə telefonunuzun şarjını tamamilə sıfırlamaq batareyanın sağlamlığını yaxşılaşdıran bir detaldır, lakin bunu hər gün təkrarlamaq ona zərər verir.
Batareyanı sıfırlanmadan əvvəl qoşmaq və «doldurmaq» batareyanın sağlamlığı baxımından daha səmərəli olacaq. Mütəxəssislər, telefonunuzun batareya faizini 20%-dən aşağı saxlamamağı tövsiyə edir.


6- Suya davamlı telefonunu həddindən artıq suya məruz qoymaq:

Smartfonlar suya davamlı sertifikata sahib olsalar belə, müəyyən müddət suyun altında qalsa, onlara su daxil olur. Yəni bir telefon suya davamlıdırsa, bu demək deyil ki, o tamamilə sukeçirməzdir.


7- Pirat proqramlardan istifadə etmək:

Güvənli olmayan mənbələrdn APK-ları endirmək telefonunuz üçün böyük risk daşıyır.
Belə ki, bu şəxsi məlumatlarınızın oğurlanmasına ,telefona virus düşməsinə və daimi donmalara səbəb ola bilər.
Bəzi insanlar bundan xəbərdar olsa da, buna önəm vermir və sonda müəyyən bədəllər ödəyirlər.

Gəlin ağıllı telefonlardan ağılı şəkildəcə istifadə edək!

 

0 şərh